Haqqımızda



Auto Service
Yuyucu
Biz, sizin təlabatınıza və vaxtınıza uyğun olaraq, yuyulmanın müxtəlif növlərini təklif edirik. Standart yuyulmaya, sizin istəyinizdən asılı olaraq – avtomobilin kuzovunun, dibin, mühərrikin yuyulması daxildir.
Maşının yuyulması vaxtı biz yüksək nailiyyətlər əldə etməyə imkan verən, Rottest şirkətinin avadanlıqlarından istifadə edirik. Maşınınızın parıltılı görünməsi üçün, avtomobilinizin konkret yerindən asılı olaraq, peşəkarlarımız ya güclü su axınından, ya buxardan, ya da onların kombinasiyasından istifadə edə bilərlər. Yuyulma əməliyyatından sonra, maşın mütləq əllə qurudulur. Və bu zaman biz, təsadüfü cızıqlara yol verməmək üçün, çox zərif, flanel parrçalardan istifadə edirik.
Bütün təklif edilən yuyulma prossesləri əllə edilir ki, bu da yüksək keyfiyyətin təmin edilməsi ilə yanaşı, avtomobilin boya örtüyünün zədələnməsinin də qarşısını alır.
ƏTRAFLI...


Auto Service
Rəngləmə
Avtomobilin rənglənməsi – ağır texnoloji bir prossesdir. Bu əməliyyat bir-neçə mərhələdən ibarətdir. İlk əvvəl, detalı təmir üçün hazırlamaq lazımdır. Bunun üçün, avtomobilin rənglənməsinə mane olan elementləri və yaxud da rənlənməsi tələb olunan elementləri sökmək, pası və başqa yad materialları kənarlaşdırmaq lazımdır. Bundan sonra, astarın çəkilməsi və onun qurudulması yerinə yetirilir.
Əlbəttəki, avtomobili rəngləməzdən əvvəl optimal olaraq uyğun gələn boyanın müvafiq rəngini düzgün seçmək lazımdır. Bütün hazırlıq işlərindən sonra, təmirə ehtihacı olmayan səth maskalanır və sonra, boya çəkilərək, qurudulur. Bunun ardınca, səthə lak çəkilir və qurudulur. Nəhahət. avtomobilin rənglənməsinin sonuncu mərhələsi – keçidlərin abraziv pastalar vasitəsi ilə aradan qaldırılmasıdır.
ƏTRAFLI...



Auto Service
Yağ dəyişmə
Mühərrikin yağının və filtrinin dəyişdirilməsi – xidmət sahəsində tez-tez göstərilən əməliyyatlardan biridir.
Motor yağlarının tərkibinə daxil olan aşqarlar sürtünmənin aşağı salınması, benzin yanmanın bəzi məhsulları arasında əlaqə yaradılmasına xidmət edir. Həmçinin, yağın tərkibinə - cızılmağa, turşumağa qarşı və yuyucu aşqarlar da daxildir. Yağdakı aşqarların miqdarı və ehtiyatı hədsizdir, onların tükənməsi ilə, yağın keyfiyyət səviyyəsi də aşağı düşür. Yağın vaxtsız dəyişdirilməsindən çəkinin !
Biz mühərrikin, ötürücülər qutusunun, arxa və qabaq körpülərinin yağının dəyişdirilməsini, yanacağın və hava filtrinin dəyişdirilməsini yerinə yetiririk. Qeyd edilən prosses qısa müddətli olsa da, sizin avtomobiliniz üçün çox mühüm əhəmiyyət kəsb edir.
ƏTRAFLI...



Auto Service
Dəmirçi
Kuzov təmiri - ən çətin təmir işlərindən biridir. Avtomobilin xarici görünüşü və onun hərəkət edən hissələrinin gəstəriciləri kuzov təmirinin keyfiyyətindən asılıdır.
İşə başlamazdan öncə, avtomobilin kuzovunun geometriyası, dam örtüyünün qırışları nəzərdən keçirilir. Lazım olduqda, istehsal edən zavodun sənədləri əsasında idarə mərkəzlərinin vəziyyəti stapeldə yoxlanılır. Kuzovun təmiri vaxtı, dioqanal ölçmədən istifadə etməklə və ya təkərlərin quraşdırılma bucaqlarının düzgünlüyünü yoxlamaqla da, deformasiyanı üzə çıxarmaq olar.
Bizim «Hyundai Retro Buzovna» hər cür kuzov təmirlərini həyata keçirmək üçün alətlərə malikdir. Kuzov təmiri zamanı çoxsaylı alət və mexanizmlərdən istifadə edilir. Bunların içərsində ən mürəkkəbi isə, stapel hesab olunur.
ƏTRAFLI...



Auto Service
Təmizləmə
Salonun peşəkar kimyəvi təmizlənməsi – Sizi, avtomobilinizin oturacaqları, tavan, döşəmə və qapılarında olan ləkələrdən azad edəcək. Müxtəlif maddələrlə aparılan təmizləmə və emal etmədən sonra, bütün plastik detallar par-par parıldayacaq.
Salonun kimyəvi təmizlənməsini həyata keçirən peşəkarlarımız yalnız yüksək keyfiyyətli maddələrdən istifadə edirlər. Bütün materiallar üçün (dəri, vinil, plastika, parça, rezin üçün) müxtəlif vasitələrdən istifadə olunur.
İnteryerin təkmilləşdirilməsinə, sonradan plastiki müdafiə imulsiyası ilə örtmək şərti ilə, bütün parçaların və plastik üzlərin kimyəvi təizlənməsi daxildir.
Avtomobilin dəri oturacaqları üçün - xüsusi krem, parça örtükləri üçün isə - su və çirki təmizləyən imperqnat tətbiq edilir. Salondakı kənar qoxuların aradan qaldırılması məqsədilə, biz “qoxuların neytr ƏTRAFLI...



Auto Service
Cilalama
Avtomobillərinin xarici görkəmləri üçün narahat olan avtomobil sahibləri, kuzovun parıldadılması və cilalanmasında maraqlıdırlar. Sizin arzu etdiyiniz nəticənin alınması polirolun üsulu və seçilməsindən asılıdır.
Parıltı vermək üçün ən sadə və yüngül cilalamadan tutmuş, lak örtüyünün ilkin variantını bərpa edən abraziv cilalamaya qədər üsul və seçimlər mövcuddur.
Abraziv materiallardan istifadə edərək, lak örtüyünün peşəkar cilalanmasını seçməklə, biz avtomobilinizin kuzovuna konveyerdən çıxarkən malik olduğu görünüşü verə bilərik.
Bizim sənətkarlarımız, cilalama işini – üçpilləli cilalama adlanan istehsal üzrə dünyanın aparıcı şirkətlərinin materiallarından istifadə etməklə yerinə yetirirlər.
Lakdakı dərin cızıqlar cilalama kağızının vasitəsilə emal edilir.
Cilalama diski ilə, maşının yuyulması vaxtı əməl ƏTRAFLI...