Təkər servisi

Təkər servisi

Avto-Xidmət Mərkəzimizdə olan ən müasir tələblərə cavab verən dəzgahlar bizə, yüksək səviyyədə təkərlərin sökülüb-yığılması, onlara balans vurulması və şinlərin quraşdırılmasına imkan verir.

Mərkəzi keçidlərin tətbiqi, xüsusi ilə sürətli avtomobillər üçün mühüm əhəmiyyət kəsb edən, təkərlərin daha dəqiq müvazinətinin nizama salınmasına şərait yaradır. Bu keçidlərin əsas xüsusiyyəti – təkərin balans vurma dəzgahına, adi balans vurulmasında olduğu kimi mərkəzi dəlik vasitəsilə deyil, konkret avtomobil növləri üçün nəzərdə tutulan, bolt və plan-şaybalarının əkici yerlərinə quraşdırılmasıdır. Həmçinin, stend, tez əriyən təkər disklərinin daxili hissəsində müvazinət yükünün əlverişli bölüşdürülməsinə imkan verir.

Əgər görsəniz ki, şinləriniz qeyri-bərabər şəkildə köhnəlib, onda təkərlərin quraşdırılması bucaqlarının yoxlanılması haqqında düşünmək lazımdır. Beləki, uyğunluq və maillik – avtomobilin idarə edilməsi və yanacağın sərf edilməsinə (çox vaxt yanacağın yüksək dərəcədə sərf edilməsi təkərlərin səhv quraşdırılma bucağı ilə əlaqədar ola bilər) təsir edən, təkərin quraşdırılma bucağı nizamlanmalıdır. Bizim Mərkəzdə uyğunluq və mailliyin müasir avadanlıqlar vasitəsi ilə kompyuter diaqnostikası həyata keçirilir.

Biz uyğunluq-maillik əməliyyatının hər 10.000 km məsafədən bir keçirilməsini tövsiyə edirik. Bu çox vacibdir, vaxtında nizama salınmamış “uyğunluq-maillik”, şinlərin korlanması və hətta qəza vəziyyətinə (xüsusi ilə qışda) gətirib çıxara bilər. Bizim avto-xidmətin sənətkarları müxtəlif markalı avtomobillər ilə iş təcrübəsinə malikdirlər və onlar bu təcrübə, həmçinin Hunter Hammerhead  3D  müasir avadanlığınin köməyi ilə gecə - gündüz keyfiyyətli “uyğunluq-maillik” əməliyyatlarını həyata keçirməyə hazırdılar. Bizim stend – daim yenilənən 9800 avtomobil üzrə məlumat bazasına malik olmaqla, dörd təkərin bütün parametrlərinin (ölçülmüş parametrlər – 0,05 dər. dəqiqliyi ilə göstərilir) yoxlanılmasına şərait yaradır. Yüksək dəqiqlik və avadanlıqların etibarlılığı - mütəxəssislərin bütün tövsiyələrinə riayət olunmaqla, 10.000 km-lik təminatla uyğunluq-mailliyin quraşdırılmasına imkan verir.

 Uyğunluq və mailliyin yoxlanilması zamanı göstərilən standart xidmətlər dəstinə daxildir:

  1. Təkərlərin mailliyinin kompyuter diaqnostikası.
  2. Təkərlərin uyğunluğunun kompyuter diaqnostikası.
  3. Təkərlərin uyğunluq-mailliyinin nizama salinması(o cümlədən, tam məftil vasitəsilə işləyən modellər).

 Sadalanlarla yanaşı, lazım gəldikdə, təkərlərin dəyişdirilməsi də həyata keçirilir. Siz bizim geniş çeşidli xidmətlərimizə arxayın ola bilərsiz. Bizim anbarda Michelin, Good Year, Pirelli, Continental, Lassa,Hankook , Nexen,Kumho,Bridgestone şirkətlərinin təkərləri mövcuddur.

hyundai
shell
ata
azal
automaster
silkway
bosch
SW Construction
castrol
lemforder
103
wurth
NGK
KIA
Pasha Sığorta
mobil
motul
TEXTAR
osram
jumeirah
mann
Volvo
SUZUKI
MAA